Müəllif: Gülnar Əhmədli, Banco.az
AccessBank 2025-ci ilin yanvar-iyun aylarında əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib.
Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat ilində AccessBank-ın xalis mənfəəti 20 milyon 940 min manat təşkil edib.
Bankın aktivləri 2024-cü ilin sonu ilə müqayisədə 116 milyon 623 min manat və ya 7,9% artaraq 2024-cü ilin 30 iyun tarixinə 1 milyard 601 milyon 917 min manat təşkil edib.
Bankın kredit portfeli 73 milyon 75 min manat və ya 6,3% artaraq 1 iyul tarixinə 1 milyard 224 milyon 625 min manata yüksəlib. Hesabat dövründə AccessBank-ın depozit portfelinin həcmi isə 1 milyard 66 milyon 909 min manat təşkil edib. Bu da 2024-cü ilin sonuna nisbətən 40 milyon 426 min manat və ya 3,9% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!