Donald Tramp administrasiyası Rusiyanın neft, qaz və bank sektoruna qarşı yeni sanksiyalar tətbiq edəcək.
Banco.az xəbər verir ki, bu barədə anonim mənbələrə istinadən CBS telekanalı məlumat yayıb.
Məlumata görə, tədbirlər Tramp administrasiyası Moskvanı Ukraynada təklif olunan 30 günlük atəşkəslə razılaşmağa inandırmağa çalışdığı bir vaxtda Rusiyaya artan təzyiqlər fonunda həyata keçirilir.