Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ nadir torpaq elementlərinin tədarükü üçün 134 milyon dollarlıq fond ayırıb.
Banco.az xəbər verir ki, ABŞ Enerji Nazirliyi nadir torpaq elementlərinə dair ölkədaxili tədarük zəncirlərinin inkişaf etdirilməsi məqsədilə 134 milyon dollara qədər maliyyə ayıracağını açıqlayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, bu vəsaitlə ABŞ-da nadir torpaq elementlərinin tədarük zəncirlərinin gücləndirilməsi, xarici mənbələrdən asılılığın azaldılması və ölkənin enerji təhlükəsizliyinin artırılması hədəflənir.
Açıqlamada qeyd olunub ki, nadir torpaq elementlərinə yönəlik ölkədaxili tədarük zəncirlərinin inkişafı üçün 134 milyon dollara qədər maliyyə təmin ediləcək. Nazirlik mədən tullantıları, elektron tullantılar və digər qeyri-ənənəvi mənbələrdən nadir torpaq elementlərinin bərpası və təmizlənməsinə yönəlmiş layihələrin bu çərçivədə dəstəklənəcəyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!
