Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ LNG ixrac gücünü ikiqat artırmağı hədəfləyir.
Banco.az xəbər verir ki, ABŞ Enerji Birliyinin (USEA) sədri Mark Menezes bildirib ki, ABŞ-ın mayeləşdirilmiş təbii qaz (LNG) ixracı gələn ay 10-cu ilini tamamlayacaq və mövcud ixrac gücünün qarşıdakı illərdə iki dəfə artırılması hədəflənir.
Daha əvvəl ABŞ Enerji Nazirliyində nazir müavini vəzifəsində də çalışmış Mark Menezes, ölkənin enerji siyasəti və qlobal enerji bazarlarındakı rolu ilə bağlı fikirlərini bölüşüb.
ABŞ-ın təbii qaz və neft istehsalında dünya liderləri sırasında yer aldığını deyən Menezes, əhəmiyyətli həcmdə ixrac həyata keçirildiyini və bunun qlobal bazarlarda LNG və neft təklifinin davamlılığına töhfə verdiyini vurğulayıb.
Menezes ABŞ-ın həm təklif təhlükəsizliyinin təmin olunmasında, həm də qiymətlərin balanslaşdırılmasında mühüm rol oynadığını qeyd edib və bunun nisbətən yeni bir inkişaf olduğuna diqqət çəkib.
Bizi sosial şəbəkələrdən izləyin!!
