ABŞ-ın məhsul ticarəti kəsiri rekord həddə çatıb | Banco.az

ABŞ-ın məhsul ticarəti kəsiri rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın məhsul ticarəti kəsiri rekord həddə çatıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, məhsul ticarətindəki kəsir mart ayında 9,6 faiz artaraq 162 milyard dollarla rekord səviyyəyə yüksəlib və proqnozları üstələyib.

Fevral ayında məhsul ticarəti kəsiri 147,8 milyard dollar olmuşdu.

Bu dövrdə idxal 5 faiz və ya 16,3 milyard dollar artaraq 342,7 milyard dollara çatıb. İxrac isə 1,2 faiz artaraq 180,8 milyard dollar təşkil edib. Bu, ABŞ şirkətlərinin tariflər qüvvəyə minmədən əvvəl mal və xammal idxalını artırdığına işarə edir. İstehlak mallarının idxalı 27,5 faizə qədər yüksəlib.

İdxaldakı artım göstərir ki, ABŞ şirkətləri Prezident Donald Trampın mart ayında polad və alüminiuma tətbiq etdiyi rüsumlar və aprelin əvvəlində elan olunan daha genişmiqyaslı tariflər qüvvəyə minmədən əvvəl məhsul və ara mallarını təmin etmək üçün son addımlarını atıblar.

ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarını daxili istehsalı təşviq etmək, ixracın artımını dəstəkləyərək ABŞ-ın ticarət tərəfdaşları ilə olan kəsiri azaltmaq, dövlət üçün gəlir yaratmaq və milli təhlükəsizliyi gücləndirmək məqsədi ilə strategiyasının əsas dayağına çevirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram