ABŞ-ın cari hesab kəsiri üçüncü rübdə 226,4 milyard dollara qədər azalıb | Banco.az

ABŞ-ın cari hesab kəsiri üçüncü rübdə 226,4 milyard dollara qədər azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın cari hesab kəsiri üçüncü rübdə 226,4 milyard dollara qədər azalıb.

Banco.az xəbər verir ki, ABŞ-ın Ticarət Nazirliyi 2025-ci ilin iyul–sentyabr dövrünə dair cari əməliyyatlar balansı göstəricilərini açıqlayıb.

Buna görə, sözügedən dövrdə ölkənin cari əməliyyatlar üzrə kəsiri 9,2 faiz azalaraq 226,4 milyard dollar təşkil edib. Bazar gözləntisi cari kəsirin 235 milyard dollar səviyyəsində olacağı istiqamətində idi.

ABŞ-da ötən ilin ikinci rübünə dair cari kəsir göstəricisi isə 251,3 milyard dollardan 249,2 milyard dollara yenidən nəzərdən keçirilib.

Ölkənin cari kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbəti ötən ilin üçüncü rübündə 2,9 faiz olaraq hesablanıb. Bu göstərici əvvəlki rübdə 3,3 faiz səviyyəsində idi.

Üçüncü rübdə cari kəsirin azalmasına birincil gəlir balansının ikinci rübdəki kəsir səviyyəsindən üçüncü rübdə profisitə keçməsi, xidmətlər balansındakı profisitin artması və mal ticarətindəki kəsirin azalması təsir göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram