ABŞ gəmiqayırmada süni intellektdən istifadə etmək üçün 448 milyon ayırıb | Banco.az

ABŞ gəmiqayırmada süni intellektdən istifadə etmək üçün 448 milyon ayırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Donanması gəmiqayırma zavodlarındakı gəmi inşa proseslərinə süni intellekti inteqrasiya etmək üçün 448 milyon dollarlıq “Ship OS” adlı süni intellekt proqramını həyata keçirir.

Banco.az xəbər verir ki, ABŞ Donanma İnstitutuna aid USNI News xəbər saytı gəmi inşasına süni intellektin inteqrasiyası üçün 448 milyon dollarlıq yeni investisiya qoyulduğunu açıqlayıb.

“Ship OS” adlanan yeni süni intellekt sisteminin inşa və texniki xidmət proseslərindən topladığı məlumatlar vasitəsilə gəmi istehsalını sürətləndirəcəyi, mövcud donanmanın təmirini isə daha asan və səmərəli edəcəyi bildirilib.

Yeni süni intellekt sistemi “Ship OS”un ABŞ-ın məlumat analizi və proqram təminatı şirkəti Palantir ilə birlikdə işləyəcəyi qeyd olunub.

Süni intellektin gəmiqayırma zavodlarına və təchizat zəncirinə inteqrasiyası ilə gəmi inşa prosesinin sürətləndirilməsi, xərclərin azaldılması və sistemin daha səmərəli hala gətirilməsinin hədəfləndiyi vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram