Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq güclü artım göstərib.
Banco.az xəbər verir ki, ABŞ-da yanvar ayı üzrə kənd təsərrüfatından kənar məşğulluq məlumatları açıqlanıb.
Məlumatlar göstərir ki, ötən ay ABŞ-da kənd təsərrüfatından kənar sahələrdə işləyənlərin sayı 353 min nəfər artıb.
İqtisadçılar 185 min nəfərlik artım gözləyirdilər.
Sözügedən dövrdə ölkədə işsizlik nisbəti isə 3,7 faiz təşkil edib. Bu göstərici üzrə proqnoz 3,8 faiz idi.
İnflyasiya göstəricisi baxımından izlənilən orta saatlıq qazanclar da gözləniləndən çox artıb. Belə ki, yanvar ayında orta saatlıq qazanc aylıq 0,6 faiz artıb ki, proqnozlar 0,3 faiz səviyyəsində müəyyən edilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!