ABŞ-da II rübdə iqtisadi artım 3,1%-ə yüksəlib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ABŞ-da II rübdə iqtisadi artım 3,1%-ə yüksəlib

ABŞ-da illik iqtisadi artım göstəricisi II rübdə 3%-dən 3,1%-ə yüksəldilib. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Ticarət Nazirliyi yayıb. 

İqtisadi artımı dəstəkləyən əsas amil kimi istehlak xərclərinin II rübdə 3,3% artması göstərilir. Belə ki, istehlak xərclərinin ÜDM-də payı 70%-ə bərabərdir.

ABŞ-ın II rübdə ixracı 3,5%, idxalı isə 1,5% artım göstərib. İxracın ÜDM-ə müsbət təsiri 0,21 faiz bəndi təşkil edib. İxracın artmasına səbəb dolların ilin əvvəlindən etibarən ucuzlaşması amili olub.