ABŞ-da aylıq inflyasiya proqnozlara uyğun gəlməyib | Banco.az

ABŞ-da aylıq inflyasiya proqnozlara uyğun gəlməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ İstehlak Qiymətləri İndeksi (İQİ) may ayında aylıq 0,1 faiz, illik isə 2,4 faiz artaraq proqnozlara uyğun gəlməyib.

Banco.az xəbər verir ki, ABŞ-da İstehlak Qiymətləri İndeksi (İQİ) may ayında aylıq əsasda 0,1%, illik əsasda isə 2,4% artaraq proqnozlarda aşağı olub.

ABŞ Əmək Nazirliyinin açıqladığı məlumatlara əsasən, may ayına dair istehlak inflyasiyası göstəricilərində əsas diqqət çəkən məqam illik əsasda gözlənilən 2,5%-lik artımın əvəzinə 2,4% artımın qeydə alınmasıdır.

Eyni zamanda, əsas İQİ may ayında illik 2,8% artıb – bu da gözlənilən 2,9%-dən aşağıdır. Aylıq əsasda isə əsas İQİ cəmi 0,1% artıb. Halbuki gözlənti 0,3%, əvvəlki ayda isə artım 0,2% idi.

Qeyd edək ki, illik inflyasiya aprel ayında 2,3% ilə 2021-ci ilin fevralından bəri ən aşağı səviyyədə qeydə alınmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram