ABŞ 10 illik istiqraz gəlirləri ilin ən aşağı səviyyəsindədir | Banco.az

ABŞ 10 illik istiqraz gəlirləri ilin ən aşağı səviyyəsindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ 10 illik istiqraz gəlirləri ilin ən aşağı səviyyəsindədir.

Banco.az xəbər verir ki, 10 illik ABŞ istiqrazlarının faiz dərəcələri yeddi baza bəndi azalaraq 4,33%-ə düşüb və bu, son iki ayın ən aşağı səviyyəsi olub. Pul bazarları ABŞ Federal Ehtiyat Sisteminin (Fed) əlavə faiz endirimlərinə gedəcəyini qiymətləndirir.

Tramp administrasiyasının siyasətləri ətrafında yaranan qeyri-müəyyənlik biznes gözləntilərinə təsir edərkən bazarlar ABŞ iqtisadiyyatının zəiflədiyinə və faiz endirimlərinin davam edəcəyinə daha çox inanmağa başlayıb.

“Brown Brothers Harriman” şirkətində baş bazar strateqi olan Elias Haddad, "ABŞ iqtisadiyyatı üçün təhlükə siqnalları görünür. Bir və ya iki ay daha zəif iqtisadi göstəricilər ABŞ-ın davamlı iqtisadi böyüməsinə dair gözləntilərə zərbə vuracaq" deyə bildirib.

İstiqraz bazarındakı əməliyyatlar 2024-cü il üçün 54 baza bəndi həcmində faiz endirimi ehtimalının qiymətləndirildiyini göstərir. Bu göstərici dünən 48 baza bəndi səviyyəsində idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram