8 ayda dərman satışından 996 mln. manat gəlir əldə edilib | Banco.az

8 ayda dərman satışından 996 mln. manat gəlir əldə edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 995.9 mln. manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 21,1% çoxdur.

Qeyd edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram