Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 6 milyard 264 milyon ABŞ dolları olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 640 milyon dollar və ya 29,6% azdır.
Son 1 ildə Azərbaycanın ixracı 23,1% azalaraq 3 milyard 665 milyon ABŞ dollarına, idxalı isə 37,2% azalaraq 2 milyard 599 milyon ABŞ dollarına enib.
Nəticədə xarici ticarətdə 1 milyard 66 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 69,7% çox olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
