Bank BTB
Risklərin idarə edilməsi departamentinin direktoru
Vakansiya haqqında məlumat:
Bank “BTB” ASC Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Risklərin idarə edilməsi departamentinin direktoru
İş barədə məlumat:
- Bankın risk siyasəti, risklərin idarə edilməsi üzrə daxili qaydaların layihələrini hazırlayır;
- Qəbul edilmiş qərarlar üzrə əməliyyatların balansda düzgün əks etdirilməsinə nəzarəti təşkil edir;
- İdarə Heyətinin tapşırığı ilə bank fəaliyyətinin ayrı-ayrı sahələrində yoxlama və monitorinqləri təşkil edir;
- Risklərin idarə edilməsi işinin əlaqələndirilməsini təmin edir;
- Aktivlərin düzgün təsnifləşdirilməsinə, eləcə də Bank üzrə ehtiyyatların düzgün qaydada yaradılmasına nəzarət edir;
- Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparır və kənarlaşmalar barədə hesabatı Riskləri İdarəetmə Komitəsi və İdarə Heyətinə təqdim edir;
- Bankın aidiyyəti struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə Riskləri İdarəetmə Komitəsi və İdarə Heyətinə təkliflər verir;
- Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirir və pozuntular barədə dərhal İH Sədrinə məlumat verir.
- Bütün növ limitlərə gündəlik nəzarəti təşkil edir;
- Risk xəritəsinin hazırlanması və onun icrasına nəzarət edir;
- Bankda idarəetmə üzrə vahid hesabatlılıq sisteminin yaradılması, aidiyyəti tərəflərin vaxtında və keyfiyyətli hesabat və məlumatlarla təmin edilməsini təşkil edir;
- Bankda idarəetmə orqanlarının qərarvermə prosesini dəstəkləyən və müşayiət edən hesabatların hazırlanmasına nəzarət edir;
- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi (bankın aidiyyatı struktur bölmələri ilə birgə) üzrə işləri həyata keçirir;
- Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatı İdarə Heyəti, Riskləri İdarəetmə Komitəsi və Müşahidə Şurasına təqdim edir;
- Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verir;
- Aidiyyəti struktur bölmələrlə birgə stress-testlər keçirir və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır;
- Risklərin idarə edilməsi məqsədi ilə bankın digər struktur bölmələrindən alınmış məlumatları təhlil edir;
- Risklərin idarə edilməsi prosesinə adekvat və səmərəli nəzarət prosedurlarının müəyyən olunması və təkmilləşdirilməsinə dair təklifləri Riskləri İdarəetmə Komitəsinə təqdim edir;
- Bankın aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planını hazırlayır, Riskləri İdarəetmə Komitəsi və İdarə Heyətinə təqdim edir.
- Risklərin idarə edilməsi işində bankın aidiyyəti struktur bölmələrinə metodoloji yardım göstərir;
- Bankın qüvvədə olan qanunvericilik və Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili reqlamentə uyğun fəaliyyət göstərməsinə digər aidiyyəti struktur bölmələri ilə birlikdə nəzarət edir;
- Bankda daxili nəzarət mexanizminin işləkliyini daim qiymətləndirir;
- Ona birbaşa hesabatlı olan işçilərin vəzifə təlimatlarını və hədəflərini müəyyən edir, onlara təlim və məsləhət verir, fəaliyyətlərini qiymətləndirir;
- Departamentin işini planlaşdırır və təşkil edir, bankdaxili siyasət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən departamentə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil edir;
- Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır;
- Departamentin, digər struktur bölmələri ilə fəaliyyətlərini əlaqələndirir, digər strukturlarla və departamentin əməkdaşları arasında yaranan münaqişələri idarə edir;
- İH Sədri tərəfindən ona həvalə olunan digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
- Ali iqtisadi, ali hüquqi və ya biznes üzrə təhsil;
- Bank və komplayens ilə əlaqədar qanunvericilik sahəsində biliklər;
- Risklərin idarə edilməsi sahəsində azı 4 (dörd) illik iş təcrübəsinə malik olmalı;
- İdarəetmə və analitik bacarıqlar, tez və düzgün qərar qəbul etmə qabiliyyəti və dəqiqlik.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risklərin idarə edilməsi departamentinin direktoru) göstərməyiniz xahiş olunur.