ATM və ödəniş terminalları üzrə Kiçik Mütəxəsis / Mütəxəsis | Banco.az
Unibank

ATM və ödəniş terminalları üzrə Kiçik Mütəxəsis / Mütəxəsis

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Bankın ATM və Cash-in terminal şəbəkəsinin gündəlik fəaliyyətinə nəzarət etmək;
  • Mövcud infrastrukturun optimallaşdırılması üzrə illik inkişaf planının icrası çərçivəsində yeni yerlərə baxış keçirmək və uyğunluğu qiymətləndirmək;
  • ATM və Cash-in terminallarının funksionallığının təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və yeni funksionallıqların tətbiqi prosesinə nəzarət etmək;
  • ATM və Cash-in terminallarının icarə müqavilələri üzrə bank qarşısında yaranan öhdəliklərin icrasına nəzarət etmək;
  • ATM-lərdə aparılan əməliyyatlar üzrə aylıq və həftəlik hesabatlar hazırlamaq və analiz etmək;
  • Təmir və inkassasiya proseslərini ATM-lərin yerləşdiyi ticarət obyektləri ilə koordinasiya etmək;
  • ATM-lərin xarici görünüşünün (branding) tələblərə uyğunluğunu daimi olaraq nəzarətdə saxlamaq;
  • ATM-lərin fəaliyyəti ilə bağlı müştərilərdən daxil olan problemlərin araşdırılması və həlli üçün istiqamətləndirilməsini təşkil etmək.

Tələblər

  • Ali təhsil
  • Analitik düşünmə bacarığı
  • MS Office proqramlarından (xüsusilə Excel) sərbəst istifadə bacarığı
  • SQL (Oracle) üzrə fundamental və praktiki bacarıqlar
  • Komanda şəklində işləmək bacarığı
  • Məsuliyyətlilik, nəticəyönümlülük və operativlik
  • Səyyar fəaliyyət göstərmək qabiliyyəti
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis və rus dillərində biliklər üstünlük təşkil edir.

Müraciət üçün daxil olun