Risklərin idarə edilməsi departamenti, Daxili nəzarət şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi | Banco.az
Bank BTB

Risklərin idarə edilməsi departamenti, Daxili nəzarət şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC  Risklərin idarə edilməsi departamenti, Daxili nəzarət şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Daxili nəzarət şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi

İş barədə məlumat:

  • Əsasnamə üzrə Bankın struktur bölmələrinin fəaliyyətini qüvvədə olan qayda, qanun və təlimatlara uyğunluğunu yoxlayaraq qiymətləndirmək;
  • Yoxlamalar zamanı aşkar edilmiş nöqsan və boşluqlarla bağlı tövsiyələr verir, nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqinin koordinasiya edilməsində iştirak etmək;
  • Yoxlama zamanı Bankın fəaliyyətinə və/və ya maraqlarına risk yaradan/ziyan vuran şəraitin mövcudluğunu, baş vermiş və ya baş verməsi ehtimal olunan pozuntuları müəyyən etmək;
  • Müxtəlif sahələr üzrə aşkar edilmiş nöqsanların və çatışmazlıqların müvafiq struktur bölmələri tərəfindən aradan qaldırılması ilə bağlı tövsiyələrin verilməsində iştirak etmək;
  • Risklərin idarə edilməsi prosesinə adekvat və səmərəli nəzarət proseduralarının müəyyən edilməsi və təkmilləşdirilməsinə dair təkliflərin verilməsində iştirak etmək;
  • Risklərin idarə edilməsi işində Bankın aidiyyəti struktur bölmələrinə metodoloji yardım göstərmək.
  • Bankın uçot fəaliyyətində mövcud olan nöqsanlar və çatışmazlıqlar barədə məlumatları toplamaq və departament direktoruna hesabat hazırlayaraq təqdim etmək;
  • Bankdaxili əməliyyatların aparılması və balansa bu əməliyyatların düzgün əks olunması çərçivəsində müştəri və daxili hesablar üzrə aparılmış müxabirləşmələrdə, müvafiq kataloqlarda baş verən əməliyyat səhvlərinin və texniki qüsurların, habelə əməliyyat gününün bağlanması zamanı yol verilən səhvlərin aşkar edilməsi və aradan qaldırılması məqsədilə yoxlamalar aparmaq, qeyd olunanlara nəzarəti həyata keçirmək və mütəmadi olaraq tövsiyələri işləyib hazırlamaq;
  • Bankdaxili xarici valyuta köçürmələri üzrə əməliyyatların, hazırlanan və toplanılan sənədlərin düzgünlüyünün yoxlamaq və bu sahədə müvafiq hesabatların tərtib olunması və nəzarət orqanlarına göndərilməsi işinə nəzarət etmək;
  • Bankın bütün struktur bölmələrinə xidməti zərurətlə əlaqədar lazımi sorğular göndərmək və tövsiyələr vermək;
  • Şöbənin fəaliyyəti ilə bağlı olan Bankın daxili təlimat, qayda və iş prosedurlarının layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələrlə razılaşdırmaq;
  • Birbaşa rəhbəri tərəfindən həvalə edilmiş digər vəzifələri yerinə yetirmək.

 

Namizədə tələblər:

  • Ali iqtisadi təhsil;
  • MS Office proqramlarında işləmək bacarığı, xüsusən Excel-də yüksək işləmək bacarığı;
  • Kollektivdə ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
  • Yüksək məsuliyyət hissi;
  • Analitik düşüncə;
  • Bankın əməkdaşlarına və müştərilərə loyal yanaşma;
  • Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili arzuolunandır.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risklərin idarə edilməsi departamenti, Daxili nəzarət şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi)  göstərməyiniz xahiş olunur.