Risklərin idarə edilməsi departamenti, Kreditlərə nəzarət şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi
Bank “BTB” ASC Risklərin idarə edilməsi departamenti, Kreditlərə nəzarət şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Kreditlərə nəzarət şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi
İş barədə məlumat:
- Bank üzrə verilmiş bütün kreditlərin ARMB-nin və Bankın daxili qaydalarına uyğun rəsmiləşdirilməsinə gündəlik nəzarət edir.
- Bank üzrə verilmiş bütün kreditlərin düzgün təsnifləşdirilməsi və ehtiyatların yaradılmasına gündəlik nəzarət edir;
- Bankın strategiyasına uyğun olaraq kredit bazarını mütəmadi olaraq təhlil edir, bazar konyunkturasının dəyişməsinə və zamanın tələbinə uyğun olaraq kreditləşmə üzrə limitlərin, Bankın daxili kredit qaydalarının, proseduralarının və təlimatlarının təkmilləşdirilməsi barədə təkliflər hazırlayıb təqdim edir;
- Bankın kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət edir, onun yaxşılaşdırılması üçün təkliflər hazırlayır;
- Banka təminat qismində təklif (təqdim) olunan əmlakın qiymətləndirilməsini və sığortalanmasını həyata keçirən səlahiyyətləndirilmiş hüquqi və fiziki şəxslər tərəfindən qeyd olunan əmlakın qiymətləndirilməsi və sığorta şərtlərinin müəyyən edilməsi prosesinə nəzarət edir;
- Götürülən girovların (ipotekaların) onlarla icrası təmin edilmiş kredit öhdəlikləri qüvvədə olan dövrdə zərurət olduğu təqdirdə yenidən qiymətləndirilməsini təşkil edir;
- Bankın idarəetmə orqanlarının müəyyən etdiyi və bankındaxili qaydaları ilə müəyyən olunmuş kredit portfeli üzrə hesabatlar hazırlayır.
- Kredit portfelinə gündəlik nəzarətin həyata keçirilməsinə, kredit portfelinin keyfiyyətinin artırılmasına dair verilmiş təkliflərə və ona həvalə olunmuş səlahiyyətlər daxilində kredit portfelinin keyfiyyətinin artırılması istiqamətində səlahiyyətli şəxslər tərəfindən tədbirlərin görülməsinə nəzarət edilməsinə məsuliyyət daşıyır;
- Mərkəzləşdirilmiş Kredit Reyestri və müvafiq kredit bürolarının xidmətindən istifadə etmək, Kredit portfelinin yuxarıda qeyd olunan xidməti bazalarına inteqrasiya olunmasını təşkil etmək, Bankın əməkdaşlarına qeyd olunan xidmətdən istifadə etmək hüququnun verilməsi üçün rəy vermək;
- Birbaşa rəhbəri tərəfindən həvalə edilmiş digər vəzifələri yerinə yetirmək.
Namizədə tələblər:
- Ali iqtisadi təhsil;
- MS Office proqramlarında işləmək bacarığı, xüsusən Excel-də yüksək işləmək bacarığı;
- Kollektivdə ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- Yüksək məsuliyyət hissi;
- Analitik düşüncə;
- Bankın əməkdaşlarına və müştərilərə loyal yanaşma;
- Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili arzuolunandır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risklərin idarə edilməsi departamenti, Kreditlərə nəzarət şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.
