Partnyorlar ilə iş üzrə Mütəxəsis / Aparıcı Mütəxəsis | Banco.az
Unibank

Partnyorlar ilə iş üzrə Mütəxəsis / Aparıcı Mütəxəsis

Namizədlər üçün tələblər: 

Təsvir

  • Yeni taksit və cashback partnyorlarının cəlb edilməsi üzrə işlərin həyata keçirilməsi;
  • Mövcud taksit partnyorları ilə kampaniya və marketinq kommunikasiyalarının təşkili;
  • Keçirilən kampaniyaların effektivliyinin analizi və nəticələrə uyğun təkliflərin hazırlanması;
  • Bazar araşdırmalarının aparılması və potensial partnyorların müəyyən edilməsi;
  • Daxil olmuş partnyorluq sorğularının emalı;
  • Partnyorların aylıq və həftəlik dövriyyə və gəlir göstəriciləri üzrə hesabatların hazırlanması və analitik təhlilinin aparılması;
  • Premium partnyorlarla görüşlərin təşkili və imtiyaz paketlərinin razılaşdırılması prosesinin idarə edilməsi;
  • Cari və yeni partnyorlarla əməkdaşlığa uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
  • Taksit, cashback və premium imtiyazlar üzrə müştəri təcrübələrinin təhlili və üzləşilən çətinliklərin aradan qaldırılması istiqamətində işlərin görülməsi.

Tələblər

  • Ali təhsil;
  • Dəqiq və anlaşılan şəkildə ünsiyyət qurmaq bacarığı;
  • Yüksək analitik düşüncə və məlumatlarla işləmə bacarığı;
  • MS Office proqramlarından, xüsusilə Excel-dən sərbəst istifadə bacarığı;
  • SQL (Oracle) üzrə fundamental və praktiki biliklər;
  • Komanda ilə effektiv işləmək bacarığı;
  • Məsuliyyətlilik, nəticəyönümlülük və operativlik;
  • Partnyorlarla görüşlər üçün səyyar fəaliyyət göstərə bilmə imkanı;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, ingilis dili biliyi üstünlükdür.

Müraciət üçün daxil olun