“Yeni ilə əl-ələ” sosial aksiyası | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Yeni ilə əl-ələ” sosial aksiyası

Fəaliyyətə başlamasının 1 illiyini qeyd edən ASAN Radio “Caspian Development Bank”la birlikdə “Yeni ilə əl-ələ” adlı sosial aksiya keçirəcək.

Məqsəd “31 Dekabr - Həmrəylik günü vəYeni il” bayramı münasibəti ilə sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olanlara diqqət ayırmaq, onların cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir.

Dövlətimiz tərəfindən himayəyə götürülən, xüsusitəyinatlı müəssisələrdən dəvət olunan tədbir iştirakçılarına təşkilatçılar tərəfindən hədiyyələr veriləcək.

ASAN könüllülərinin də yaxından dəstək göstərdiyi sosial aksiyada rəsmi qurumların və incəsənət nümayəndələrinin iştirakı planlaşdırılır.

“Yeni ilə əl-ələ” sosial aksiyası dekabrın 27-si, saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.