Unibankdan Rabitəçilərə hədiyyə | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Unibankdan Rabitəçilərə hədiyyə

Qədimdə insanlar hansısa xəbəri bir-birinə tonqal qalamaqla, təbil çalmaqla çatdırardılar. İndi dünyanın bir nöqtəsindən digərinə informasiyanı saniyədən tez ötürmək mümkündür, həm də günün istənilən saatında. Günün 24 saatı, həftənin 7 günü, ilin 365  gününü xəbərimizi ötürmək, dostlarımızla rahat danışmaq üçün xidmət göstərən insanlar var: onlar rabitə və informasiya texnologiyaları sahəsinin işçiləridir. 6 dekabr Rabitə və İnformasiya texnologiyaları sahəsində çalışanların peşə bayramıdır. Peşə bayramları münasibəti ilə Unibank-ın  rabitəçilərə xüsusi hədiyyəsi var. Dekabrın 6-dan 13-dək bank filiallarına müraciət edən rabitə əməkdaşlarını sürprizlər gözləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank-hər kəsin bankı.