“AtaBank” Lider təcili pul köçürmələri sistemi ilə birgə “Daha çox qənaət edin” adlı kampaniyasını keçirir. Avqust ayının 20-də start götürən kampaniya dekabr ayının 31-nə qədər davam edəcəkdir.
Azər-Türk Bank növbəti “Cash-in” bankomatını istifadəyə verdi
Azər-Türk Bank xidmət şəbəkəsini genişləndirməyə davam edir. Nağd vəsaitləri kart hesablarına qəbul edən, o cümlədən kredit kart borclarını ödəmək imkanı verən müasir tipli növbəti yeni “Cash-in” bankomatını artıq müştərilərin istifadəsinə verilmişdir. Günün 24 saatı, həftənin 7 günü xidmət göstərən bankomatlarımız vasitəsilə müxtəlif əməliyyatları yerinə yetirə bilərsiniz. Yeni “Cash-in” bankomatı Hüseyn Cavid pr. 118a ünvanında yerləşir.
AYİB və DəmirBank Azərbaycanda orta və kiçik sahibkarlığın inkişafını dəstəkləyir
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) özəl sektorun inkişafına dəstək vermək məqsədilə Azərbaycanın aparıcı özəl banklarından olan DəmirBank-a 42 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit təşkil edib.
Expressbank yeni “Mükafat” əmanətini təqdim edir
Expressbank əmanət çeşidi sırasını genişləndirərək, müştərilərə yeni “Mükafat” əmanətini təqdim edir. Müştərilər yeni əmanət növü üzrə vəsait yerləşdirməklə həm Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanacaqlar, həm də daha çox gəlir əldə edəcəklər.
PAŞA Bank və British Council jurnalistlər üçün növbəti təlim proqramı elan ediblər
Ölkənin ən böyük banklarından biri olan PAŞA Bank və British Council, Böyük Britaniyanın Thomson Foundation təşkilatının dəstəyi ilə məmnuniyyətlə jurnalistlərin peşəkar inkişafı üçün nəzərdə tutulmuş növbəti xüsusi təlim proqramını elan ediblər.
UNİBANKDAN DƏRS İLİ HƏDİYYƏSİ
Hamı övladı üçün ən yaxşı təminatı yaratmaq istəyir. Onlar üçün keyfiyyətli məhsulları, qidaları almağa çalışır. Elə Unibank da, əzizləriniz üçün ən yaxşısını düşünüb. Keyfiyyətli və fərqli dərs ləvazimatları, məktəblilər üçün həm sağlamlığa təminatdır, həm onları dərs tapşırıqlarını etməyə daha da həvəsləndirir. Yeni tədris ilinin başlamasına sayılı günlər qaldığı bir vaxtda, Unibankdan möhtəşəm fürsət: valideynlərin məktəb ləvazimatı qayğısına son qoyuldu.
Worldcard-la indi al, 2015-də ödə!
Yapı Kredi Bank Azərbaycan yenə öz müştərilərini yeni kampaniyalarla sevindirməyə tələsir.
Expressbank-ın MasterCard sahibləri endirim əldə edə bilərlər
Expressbank-ın Maestro və MasterCard sahibləri “Qiymətsiz üstünlüklər” aksiyası çərçivəsində bir sıra ticarət / əyləncə mərkəzlərində endirim əldə edə bilərlər. Aksiya 1 sentyabr – 31 dekabr 2015-ci il tarixlərini əhatə edir.
AYİB "DəmirBank" ASC-yə 5 milyon ABŞ dolları həcmində vəsait ayırıb
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üçün "DəmirBank" ASC-yə 5 milyon ABŞ dolları həcmində vəsait ayırıb.
Bir neçə saniyəyə pul kartınızda
Unibankın Mastercard sahiblərinə daha bir hədiyyə. İndi Mastercard kart sahibləri arasında pul köçürmələri daha asan və sürətli. Öz Mastercard kartınızdan Mastercard sahibi olan digər qohumlarınıza,dostlarınıza, tanışlarınıza ani köçürmə edə bilərsiz. Çünki Unibankın qoşulduğu Moneysend xidməti, bu fərqli xidmətdən faydalanmaq imkanı verir.