Uzaq sahilləri yaxınlaşdıran, hətta okeanın o biri tayını fəth edən Parabankın Pul köçürmələri sistemləri müştərilərə sərfəli köçürmə faizləri təklif edir.
AtraBank «Cash İn» xidmətini aktiv etdi
Bu ərəfədə xidmətlərin birini də aktiv etdik.
Bank müştəriləri artıq banka getmədən kart hesabına vəsait yerləşdirə və artıra biləcəklər.
Kasko sığortasında ödəniş 17% azalıb
Ötən il həyata keçirlmiş sığorta ödənişlərinin ən ciddi artımı isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortada ödəniş 2,3 dəfə artaraq 14,4 min manat təşkil edib. Bundan başqa, hava nəqliyyatı vasitələrinin sığortasında ödəniş 1,3 dəfə artaraq 504 min manat, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 1,2 dəfə artaraq 379 min manat olub.
Kasko sığortasında yığım 25% azalıb
2015-ci ildə sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu növ sığortadan toplanan sığorta haqqı 3,8 dəfə artaraq 2,9 milyon manat təşkil edib. Bundan başqa, işin dayanması ilə bağlı risklərdən sığortada yığım 2 dəfə artaraq 25,5 min manat, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasında isə 80,5% artaraq 2,1 milyon manat olub.
Azərbaycan nefti bahalaşıb
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,98 dollar yaxud 2,98% bahalaşıb.
Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 33,88 dollara bərabərdir.
"AzSığorta"nın Direktorlar Şurasına yeni sədr təyin olunub
Cari ilin yanvarın 15-də keçirilən səhmdarların yığıncağında qəbul olunan qərara əsasən, "AzSığorta" ASC-nin Direktorlar Şurasının yeni sədri seçilib.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu vəzifəyə əvvəllər İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutan Aleksandr Kananadze təyin olunub.
Dünya bazarında neft bahalaşıb
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,11 dollar yaxud 3,66% bahalaşaraq 30,89 dollar/barel təşkil edib.
Manat avroya qarşı zəifləyib
Bu gün yanvarın 26-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.
Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 27-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0002 manat və ya 0,01% azalaraq 1,6050 səviyyəsində müəyyən olunub.
"AGBank": Birləşmədən sonra yeni inkişaf mərhələsi başlayacaq
Nazir: "Fərdi evlərin tikintisi ilə məşğul olan sahibkarlara İpoteka Fondu maliyyə vəsaiti təqdim edə bilər"
Azərbaycanda mənzil və fərdi evlərin tikintisi ilə məşğul olan sahibkarlara İpoteka Fondu vasitəsi ilə də müəyyən formada maliyyə imkanları təqdim oluna bilər.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov deyib.