ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin sentyabr müqaviləsinin dəyəri 0,02% azalaraq 1 barelə görə 82,38 ABŞ dolları təşkil edib.
Qlobal problem uçuşların ləğvini 4 dəfədən çox artırıb
Müəllif: Tamara Mustafayeva, Banco.az
Proqram təminatı ilə bağlı yaranan qlobal problem uçuşların ləğvini 4 dəfədən çox artırıb.
Kamala Harris 1 sutkada 81 milyon dollar ianə toplayıb
Müəllif: Tamara Mustafayeva, Banco.az
Kamala Harris 24 saat ərzində 81 milyon dollar ianə toplayıb.
“Tesla” 2026-cı ildə insanabənzər robotların kütləvi istehsalına başlayacaq
Müəllif:Ayşən İmaova/Banco.az
Elektrik avtomobil istehsalçısı “Tesla”2025-ci ildə konveyerlərində insanabənzər robotlardan istifadə etməyi və bir ildən sonra digər şirkətlərə satış üçün onların kütləvi istehsalına başlamağı planlaşdırır.
“PAŞA Bank” “Euromoney” beynəlxalq nəşri tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görülüb
Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank” nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” nominasiyasında qalib elan olunub.
Laureatların siyahısı Londonda keçirilən ənənəvi Award for Excellence - 2024 mükafatının təltifetmə mərasimində açıqlanıb.
Rəsmi valyuta məzənnələri - 23.07.24
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2024-cü il iyulun 23-nə ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
1 EUR - 1.8514 manat
1 RUB - 0.0193 manat
Reklamı vacib edən dörd məqam - DETALLAR
Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Reklam bir məhsulun tanıdılması və tanınmasında çox vacibdir.
Banco.az reklamın əhəmiyyətli olduğunu göstərən bəzi detalları təqdim edir:
Avrozonada dövlət borcu artıb
Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti bu ilin birinci rübündə 88,7 faizə çatıb.
15 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib
Azərbaycan Mərkəzi Bankı 15 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.
Banco.az xəbər verir ki, bununla bağlı qərar iyulun 19-da “Sığorta fəaliyyəti haqqında” Qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.
Azərbaycandan xaricə turist axını 26% artıb
Bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 25,7% artaraq 995,2 min nəfər olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.