Yaşlı bir tibb bacısından: Ölüm ayağındakı insanların ən çox peşman olduqları 5 şey | Banco.az

Yaşlı bir tibb bacısından: Ölüm ayağındakı insanların ən çox peşman olduqları 5 şey

Hər bir insan bir ömür yaşayır, bu 25 il, 50 il və ya daha çox ola bilər.  Amma yaşadığımız dövrdə kaş ki dediyimiz şeylər çox olur. Etmək istədiyimiz, etməyə macal tapmadığımız, etməkdən qorxduğumuz şeylər çox olur. Ölüm ayağında hər bir insan sırf bu şeylərə görə peşmanlıq çəkir. Məsələn həyatında heç vaxt sevməyən insan sevmədiyi üçün, musiqi dinləməyən insan musiqi dinləmədiyi üçün, məqalə oxumayan insan məqalə oxumadığı üçün və.s

Avstraliyalı tibb bacısı Bronnie Ware, iş həyatı boyunca ölüm döşəyində minlərlə insanın qəribə hallarını müşahidə edib, xidmət etdiyi xəstəxanada son 3 ayı həmin xəstələrlə keçirir. Bronnie insanların həyatlarında peşmançılıq çəkdiyi 5 əsas hadisənin fərqinə varıb, onları bir araya gətirərək öz bloqunda qeyd edib.

1) Kaş ki duyğularımı söyləyəcək cəsarətim olsaydı.

Hər hansı bir qızdan xoşumuz gələndə bunu ona etiraf edə bilmirik, rədd cavabı almaqdan qorxuruq. Sırf onunla yaxşı vaxt keçirmək üçün duyğularımızı içimizə atırıq. Belə etməyək, xoşumuz gəlirsə deyək.

2) Kaş ki, insanların istədiyi kimi yox, özümün istədiyim kimi yaşasaydım.

Təəssüf ki, insanların ən çox peşmançılıq çəkdiyi şey bu imiş, arxalarına çevrilib baxdıqlarında istədikləri şeyin heç yarısını həyata keçirmədiklərini görüblər. Özləri kimi yaşamadıqlarını görüblər.

Ən sərfəli kredit üçün müraciət et

3) Kaş ki, bu qədər çox işləməsəydim.

Tənbəl olmayın amma çox da işləməyin, hər şeyin norması yaxşıdır. Çalışın ailənizlə vaxt keçirin, istirahət edin.

4) Kaş ki, dostlarımı itirməsəydim.

Zaman keçdikcə dostluqlar yaddan çıxır, unudulur. Amma dost qazanmağa önəm verməyənlər ölüm ayağında öz dostlarının adını daha çox sayıqlayırmışlar.

5) Kaş ki, xoşbəxt olmağıma icazə versəydim.

İnsan eyni vərdişləri dəfələrlə edəndə sıxılır, çalışın onları dəyişdirin ki xoşbəxt olun.  Vallah sizə gülmək çox yaraşır, xoşbəxt olmağa tam layiqsiniz.