Yaponiyada davranışın bir sistem üzrə hazırlandığını çox yaxşı bilirik. Lakin bu sistem uşaqlara balaca yaşlarından öyrədilir və gələcəkdə sağlam düşüncəli olunması üçün istifadə edilir. Buna görə də 9GAG vasitəsi ilə bu davranış siyahısını sizlərlə paylaşmağı düşündüm.
1) Kimsə danışanda diqqətli şəkildə onu dinlə.
2) İnsanlara salam ver. Onların verdiyi sualları aydın və açıqlayıcı səslə cavablamağa çalış.
3) Oturacaqda düzgün otur.
4) Başqalarına aid əşyaların sənə aid olmadığını anla.
5) Ayaqqabılarını çıxartdıqdan sonra səliqəli şəkildə yerinə qoy.
6) Paltarlarının təmiz olduğundan və qırışıq olmadığından əmin ol.
7) Ətrafını yaxşı insanlardan təşkil et.
8) Gecə tez yatmağı, sabah isə tez oyanmağa vərdiş et.
9) Səhər yeməyini mütləq ye.
10) Dişlərini hər gün fırçala
11) Heç vaxt yalan demə. Yalanın ağı, qarası olmur.
12) Əgər kiminsə problemi varsa ona kömək et.
13) Kimsə haqqında pis fikirlər söyləmə.
14) İnsanlarla yaxşı keçinməyi, oynamağı və bir şeylər öyrənməyi vərdiş halına gətir.
15) Sadəcə təkbaşına oynama, başqalarıyla oynayacaq qədər istiqanlı ol.
16) Kimsəni özündən xaric etmə, elə hiss etdirmə.
17) Həm təbiətdə zaman keçirib rahatlamaq, həm də daha çox rahatlamaq üçün ətraf mühitlə əlaqədə ol.
18) Əgər böyük bir səhv etdiysən mütləq üzr istə.
Xəzər Aslanov. Banco.az
Bu da maraqlı olacaqdır
IKEA’nın qurucusu Ingvar Kamprad’dan bilinməsi lazım olan 8 məsləhət