Fiziki və hüquqi şəxslərə yeni verilən kreditlər üzrə faizlər azalıb | Banco.az

Fiziki və hüquqi şəxslərə yeni verilən kreditlər üzrə faizlər azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Fiziki və hüquqi şəxslərin yeni yerləşdirdiyi depozitlər üzrə faizlər azalıb.

Banco.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında deyib. 

Sədrin sözlərinə görə, faizlər 2025-ci ilin iyun ayı ilə müqayisədə müvafiq olaraq 0,5 və 0,3 faiz bəndi azalıb. Yeni verilmiş kreditlər üzrə faiz dərəcələri də aşağı düşüb. Fiziki şəxslərə verilən kreditlər üzrə faizlər 0,2, hüquqi şəxslərə verilən kreditlər üzrə isə 0,3 faiz bəndi azalıb.

"Bunu 2025-ci ilin iyun ayı ilə müqayisə edirik. Çünki həmin dövrdən etibarən AMB uçot dərəcəsini aşağı salmağa başlayıb və il ərzində onu ümumilikdə 0,75 faiz bəndi azaldıb. Müşahidə etdik ki, bu, depozit və kredit faizlərinə də öz təsirini göstərib".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram