“Xiaomi”nin xalis mənfəəti 10% artıb | Banco.az

“Xiaomi”nin xalis mənfəəti 10% artıb

Müəllif:Ayşən İmnaova/Banco.az

Çinin istehlakçı elektronikası istehsalçısı “Xiaomi” bu ilin üçüncü rübündə xalis mənfəətini 10%, gəlirini isə 31% artıraraq rekord səviyyəyə çatdırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Qeyd olunur ki, iyul-sentyabr aylarında xalis mənfəət ötən ilin eyni dövründəki 4,87 milyard yuanla müqayisədə 5,34 milyard yuan (737 milyon dollar) təşkil edib. Birdəfəlik amillər nəzərə alınmadan mənfəət 4,4% artaraq 6,25 milyard yuana çatıb.

“Xiaomi”nin rüblük gəliri bir il əvvəlki 70,89 milyard yuandan 92,5 milyard yuana yüksəlib. Mütəxəssislər bu rəqəmi orta hesabla 89,66 milyard yuan səviyyəsində proqnozlaşdırıblar.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin üçüncü rübdə smartfon satışından əldə etdiyi gəlir 13,9% artaraq 47,5 milyard yuana çatıb. İyul-sentyabr aylarında ümumilikdə 43,1 milyon smartfon satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% çoxdur.

“Canalys” analitik şirkətinin məlumatına görə, ötən rübdə “Xiaomi” 13,8% bazar payı ilə dünyanın ən böyük smartfon istehsalçıları arasında üçüncü yeri tutub.

Qeyd edək ki, “Xiaomi” səhmləri bazar ertəsi ticarətdən sonra 2,9% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 84,6% artıb.