Müəllif: Gülnar Əhmədli, Banco.az
"Unibank" cari ilin III rübünü yüksək nəticələrlə başa vurub. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Bankın xalis mənfəəti 17 milyon 627 min manat olub.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 9 ayda Bankın aktivləri 125 milyon 438 min manat (7,9%) artaraq 1 milyard 716 milyon 97 min manata çatıb. 2023-cü ilin sonunda "Unibank"ın aktivləri 1 milyard 590 milyon 659 min manat olub.
Bankın kredit portfeli bu dövr ərzində bir qədər də artaraq 1 milyard 143 milyon manata çatıb. Bu isə cari ilin əvvəli ilə müqayisədə 95 milyon 128 min manat (9,1%) artım deməkdir.
9 ayın (yanvar-sentyabr ayları) nəticələrinə görə, Bankın depozit portfeli 2023-cü ilin sonu ilə müqayisədə 15 milyon 821 min manat və ya 1,3% artaraq 1 milyard 231 milyon manatı ötüb.
Bizi sosial şəbəkələrdən izləyin!!