Türkiyədə mart ayında qiymətlər artmağa davam edib | Banco.az

Türkiyədə mart ayında qiymətlər artmağa davam edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə mart ayında qiymətlər artmağa davam edib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Qurumu mart ayına dair mövsümi təsirlərdən təmizlənmiş xüsusi əhatəli istehlak qiymətləri indeksi göstəricilərini açıqlayıb.

Buna əsasən, göstəricilərin alt bölmələrindən ümumi istehlak qiymətləri indeksi mart ayında aylıq 2,02 faiz artıb.

Ötən ay emal olunmamış ərzaq məhsulları, enerji, alkoqollu içkilər və tütün, eləcə də qızıl istisna olmaqla istehlak qiymətləri indeksi 1,84 faiz, enerji, ərzaq və alkoqolsuz içkilər, alkoqollu içkilər və tütün məhsulları, həmçinin qızıl istisna olmaqla isə 2,11 faiz artım qeydə alıb.

İndeks enerji sektorunda 4,75 faiz, ərzaq və alkoqolsuz içkilər üzrə 0,89 faiz, enerji və ərzaqdan kənar mallar üzrə 1,37 faiz, xidmət sektorunda isə 2,77 faiz yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram