Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə ilə Nigeriya arasında mədənçilik əməkdaşlığı imzalanıb.
Banco.az xəbər verir ki, Türkiyə ilə Nigeriya arasında mədənçilik sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair anlaşma memorandumu imzalanıb.
“Enerji və Təbii Sərvətlər Nazirliyi”nin yaydığı məlumata əsasən, energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar 2-ci İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində Türkiyəyə səfər edən Nigeriyanın Bərk Mineralların İnkişafı naziri Oladele Henri Alake ilə görüşüb.
Görüşdən sonra Bayraqdar və Alake “Türkiyə Respublikası Hökuməti ilə Nigeriya Federal Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlığa dair anlaşma memorandumu”nu imzalayıblar.
Razılaşmaya əsasən, Türkiyə ilə Nigeriyanın enerji və təbii sərvətlər sahəsində qarşılıqlı fayda prinsipi əsasında uzunmüddətli əməkdaşlıq həyata keçirməsi nəzərdə tutulur. Bu çərçivədə faydalı qazıntı yataqlarının araşdırılması sahəsində əməkdaşlıq imkanlarının qiymətləndirilməsi planlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!
