Tramp: ABŞ aprelin 13-də Hörmüz boğazını bağlayacaq | Banco.az

Tramp: ABŞ aprelin 13-də Hörmüz boğazını bağlayacaq

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ aprelin 13-də Hörmüz boğazını bağlayacaq.

Bu barədə ABŞ prezidenti Donald Tramp özünün Truth Social hesabında məlumat verib .

"Amerika Birləşmiş Ştatları 13 aprel Şərq vaxtı ilə saat 10:00-dan etibarən İran limanlarına daxil olan və çıxan gəmiləri bloklayacaq. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!", - deyə Ağ Ev rəhbəri bildirib.

Tramp danışıqların uğursuzluğu fonunda Hörmüz boğazının blokadası ilə yanaşı, İrana məhdud hücumları bərpa etməyi də nəzərdən keçirir . Amerika rəsmilərinin sözlərinə görə, ABŞ İslam Respublikasını güzəştə getməyə məcbur etməyə çalışır.