Norveç Sərvət Fondu dövlət istiqrazlarının payının azaldılmasını təklif edib | Banco.az

Norveç Sərvət Fondu dövlət istiqrazlarının payının azaldılmasını təklif edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveç Sərvət Fondu dövlət istiqrazlarının payının azaldılmasını təklif edib.

Banco.az xəbər verir ki, Dünyanın ən böyük dövlət sərvət fondu olan Norveç Sərvət Fondu 2,3 trilyon dollarlıq portfelində dövlət istiqrazlarının payının azaldılmasını təklif edib. Bu dəyişiklikdən ən çox ABŞ xəzinə istiqrazlarının təsirlənəcəyi gözlənilir.

“Norges Bank Investment Management” Norveç Maliyyə Nazirliyinə göndərdiyi və internet səhifəsində yayımlanan məktubda dövlət istiqrazlarının fondun istiqraz göstəricisindəki payının 70 faizdən 50 faizə endirilməsini tövsiyə edib. Fond qalan vəsaitin daha yüksək risk mükafatı əldə etməyə imkan verən istiqrazlara yönəldilməsini təklif edib.

Fondun bu dəyişiklikləri həyata keçirməsinə icazə veriləcəyinə dair hələlik zəmanət yoxdur. Təklif edilən dəyişikliklərin tədricən həyata keçirilməsi nəzərdə tutulur.

Fondun internet səhifəsindəki son məlumatlara görə, iyunun 30-na onun 615 milyard dollardan çox sabit gəlirli aktivi olub. Bu vəsaitin təxminən 59,5 faizi dövlət istiqrazlarına yatırılıb. Dövlətlə əlaqəli istiqrazlar da nəzərə alındıqda, bu göstərici 69 faizə yüksəlir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram