Tayvan ABŞ ilə milyardlarla dollarlıq silah müqavilələri imzalayıb | Banco.az

Tayvan ABŞ ilə milyardlarla dollarlıq silah müqavilələri imzalayıb

Müəllif:Mehin Qasımova,Banco.az

Tayvan ABŞ-la iri həcmli silah müqavilələri bağlayıb.

Banco.az xəbər verir ki, ən böyük müqavilə 3,9 milyard ABŞ dolları dəyərində çoxnövlü raket sistemlərinin tədarükünü əhatə edir. Paketə həmçinin özüyeriyən haubitsalar (73,89 milyard Tayvan dolları və ya 2,3 milyard ABŞ dolları) və quru qüvvələrinin raket arsenalının genişləndirilməsi (5,32 milyard Tayvan dolları və ya 168 milyon ABŞ dolları) daxildir.

Qalan üç müqavilə donanma üçün raketlərin alınması (5,13 milyard Tayvan dolları və ya 162 milyon ABŞ dolları), Tayvan və ABŞ arasında birgə iri çaplı sursat istehsalı (910,45 milyon Tayvan dolları və ya 29 milyon ABŞ dolları) və inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi üzrə məsləhət xidmətlərini (22,87 milyon Tayvan dolları və ya 726 min ABŞ dolları) əhatə edir.

Qeyd edək ki, 18 dekabr 2025-ci ildə ABŞ Tayvana 11 milyard dollarlıq silah satışını da təsdiqləyib. Bu addım Vaşinqtonla Pekin arasında onsuz da həssas olan münasibətlərin daha da gərginləşməsi riskini artırır.