Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-aprel aylarında əmlak sığortası üzrə 88 milyon 229 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, illik müqayisədə 17 milyon 411 min manat və ya 24,6% çoxdur. 2025-ci ilin yanvar-aprel aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 70 milyon 818 min manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 994 min manat və ya 7,4% artaraq 14 milyon 375 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
