Müəllif: Tamara Mustafayeva, Banco.az
Kredit reytinq agentliyi “Standard and Poor's” (SP) Türkiyənin kredit reytinqində dəyişiklik etməyib.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi S&P Türkiyə ilə bağlı qərarını açıqlayıb.
S&P Türkiyənin uzunmüddətli kredit reytinqini "BB-" səviyyəsində saxlayıb və reytinq proqnozunuisə "sabit" olaraq təsdiqləyib.
S&P-nin hesabatında reytinqlərin Türkiyənin yüksək inflyasiyanı azaltmaq və iqtisadiyyatda dollarlaşmanı azaltmaq üçün siyasət yürütməyə davam etdiyinə dair fikirlərini əks etdirdiyi vurğulanıb.
Hesabatda belə ifadələr yer alıb: "Sabit proqnoz hazırkı iqtisadi komandanın sərt pul siyasətini davam etdirəcəyi və bununla da daxili və xarici gərginliklər fonunda hökumətin orta müddətli proqramı ilə bağlı tətbiq risklərini balanslaşdıracağı yönündəki fikrimizi əks etdirir."
Hesabatda ölkə iqtisadiyyatı ilə bağlı artım proqnozlarına da yer verilib və Türkiyədə bu il üçün 2,7 faiz, 2026-cı il üçün isə 2,9 faiz ÜDM artımı gözlənildiyi bildirilib.
Qeyd edək ki, S&P ötən il keçirilən iki iclasda da Türkiyənin reytinqini artırmışdı və noyabr ayında verdiyi son qərarda reytinq görünüşünü sabit saxlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!