Müəllif:Mehin Qasımova,Banco.az
"SpaceX" süni intellekt startapı Cursor-u 60 milyard dollara almağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzetinin məlumat verib.
Belə ki, "SpaceX" süni intellekt (Sİ) sahəsindəki rəqiblərinə çatmaq üçün ilkin kütləvi təklifdən (IPO) bir neçə ay əvvəl neyron şəbəkəsi inkişaf etdiricisi "Cursor" şirkətini 60 milyard dollara satın almaq üçün müqavilə bağlayıb.
Daha əvvəl süni intellekt startapı olan xAI-ı satın alan SpaceX-in açıqlamasına görə, şirkətlər proqramlaşdırma və bilik üçün dünyanın ən yaxşı süni intellektini yaratmaq üçün birlikdə çalışırlar.
Nəşrin məlumatına görə, İlon Mask ümid edir ki, "Cursor" proqram təminatı mühəndislərinin süni intellekt alətlərinin hazırlanmasındakı təcrübəsi ona "xAI" laboratoriyası tərəfindən yaradılan hər hansı bir modeli üstələyən rəqiblərinə çatmağa kömək edəcək.
SpaceX-in qarşıdan gələn IPO-su şirkətin dəyərini 1,75 trilyon dollardan çox artıra bilər ki, bu da onu tarixdə ən böyük səhm təklifi edə bilər.
