Sosial şəbəkələrdə gün ərzində nə qədər vaxt keçirməliyik? | Banco.az

Sosial şəbəkələrdə gün ərzində nə qədər vaxt keçirməliyik?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Pensilvaniya Universitetində həyata keçirilən bir araşdırmaya görə, sosial media vasitələrindən istifadənin gün ərzində 30 dəqiqə ilə məhdudlaşdırılması insanlarda tənhalıq hissini və depressiyanı azaldır.

Sosial media vasitələrindən istifadə ilə əlaqədar aparılan bir araşdırmada gün ərzində 30 dəqiqədən çox sosial mediadan istifadə etməyən insanların depressiv hallarında müsbətə doğru dəyişiklik hiss olunub.

Bu yaxınlarda Pensilvaniya Universitetində aparılan bir araşdırma sosial medianın təsirlərinə dair maraqlı nəticələr əldə edib. Araşdırmanın nəticəsini təxmin etmək çətin deyil: “Sosial mediadan nə qədər az istifadə etsək bir o qədər yaxşıdır.”

Pensilvaniya Universitetinin Psixologiya fakültəsinin tələbəsi Melissa Hunt tərəfindən aparılan araşdırmada 143 tələbənin bir qrupundan üç həftə ərzində sosial şəbəkələrdən istifadəni gün ərzində 10 dəqiqəyə endirmələri, digər qrupundan isə hər zamankı qaydada davam etmələri istənildi. Araşdırmadan əvvəl və sonra iştirakçılara depressiya və sosial inkişaf kimi mövzularda testlər keçirildi.

Nəticələr isə belədir: Sosial mediadadan istifadəni məhdudlaşdıran qrupun tənhalıq və depressiya göstəricilərində üç həftə ərzində azalma müşahidə edilib. Hər iki qrupda da narahatlıq və uzaq durma qorxusu azalıb. Bu vəziyyət iştirakçıların özlərini müşahidə etmələrinin nəticəsi olaraq qeyd edilib. Nəticələr sosial şəbəkələrdən istifadənin gün ərzində 30 dəqiqə ilə məhdudlaşdırılmasının müsbətə doğru ciddi nəticələrə yol açacağına işarə edir.

Ən sərfəli kredit üçün müraciət et

Tədqiqatçılar araşdırmanın nəticələrinin yetərli olmadığını, qaldıqları yerdən davam edərək daha müfəssəl çalışmalar edilməsinin vacibliyini bildiriblər. Daha uzun müddətli araşdırmalar da daha dəqiq nəticələr əldə edilməsinə kömək edəcəkdir. 30 dəqiqəlik limitin də asan ölçülə biləcəyi üçün seçildiyini söyləyən araşdırma heyəti, bəlkə bu müddəti yarıya endirmək ya da iki qatına çıxarmaq daha təsirli nəticələr gətirə bilər. Ancaq o vaxta qədər tədqiqatçıların bir tövsiyəsi var: “Telefonu kənara qoyun və həyata qarışın.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram