Müəllif:Mehin Qasımova,Banco.az
Ağ Ev sentyabrın 21-də yeni platformanın yayına başladığını açıqlayıb.
Banco.az xəbər verir ki, “TRUMP TV: The Essentials Station” adı ilə təqdim olunan kanal Donald Tramp administrasiyasının fəaliyyətini 24 saat ərzində izləyicilərə çatdıracaq.
Kanal Ağ Evin rəsmi internet saytı və YouTube platforması üzərindən yayımlanır.
Ağ Evin məlumatına görə, “Trump TV”də administrasiyanın əsas tədbirləri, prezidentin çıxışları, mühüm açıqlamaları, əvvəlki çıxış və tədbirlərdən görüntülər, həmçinin seçilmiş videolar yayımlanacaq. Yeni platforma ənənəvi televiziya kanalından daha çox fasiləsiz rəqəmsal yayım formatındadır.
İlk yayımlanan görüntülər arasında Trampın əvvəlki çıxışları və prezident kimi andiçmə mərasimindən kadrlar da yer alıb.
“Trump TV”nin fəaliyyətə başlaması Ağ Ev ilə bir sıra böyük media qurumları arasında gərginliyin artdığı vaxta təsadüf edib.
