Rusiyada nağd valyuta çıxarılması məhdudiyyətləri daha 6 ay uzadılıb | Banco.az

Rusiyada nağd valyuta çıxarılması məhdudiyyətləri daha 6 ay uzadılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyada nağd valyuta çıxarılması məhdudiyyətləri daha 6 ay uzadılıb.

Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı banklardan nağd valyuta çıxarılmasına dair məhdudiyyətlərin müddətini daha 6 ay uzadıb.

Rusiya Mərkəzi Bankının açıqlamasında nağd valyuta çıxarılmasına dair məhdudiyyətlərin 9 mart 2027-ci ilə qədər davam edəcəyi bildirilib.

Açıqlamada Qərb ölkələrinin sanksiyalar çərçivəsində Rusiya banklarının və maliyyə qurumlarının nağd dollar və avro əldə etməsini qadağan etdiyi xatırladılıb. Məhdudiyyətlərin uzadılmasının həmin qadağanın davam etməsi səbəbindən qərara alındığı bildirilib.

Rusiya Mərkəzi Bankı Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalardan sonra mart 2022-ci ildə qəbul etdiyi qərarla ölkədəki vətəndaşların banklardakı valyuta hesablarından nağd pul çıxarmasına məhdudiyyət qoymuşdu. Tənzimləmə çərçivəsində valyuta hesablarından yalnız rubl ilə nağd pul çıxarılmasına icazə verilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram