Gedənlər üçün pulsuz mənzil, iş və tətil imkanları: İnsanlar vizasız bu şəhərə axın edir | Banco.az

Gedənlər üçün pulsuz mənzil, iş və tətil imkanları: İnsanlar vizasız bu şəhərə axın edir

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyanın ən valehedici təbiət məkanlarından biri olan Patagoniyada səyahətçilərə pulsuz qalmaq imkanı yaradılıb.

Banco.az xəbər verir ki, Argentinanın San-Karlos-de-Bariloçe şəhərində yerləşən butik hostellərdən biri maraqlı könüllülük proqramı təqdim edib.

Proqram çərçivəsində səyahətçilər gündə təxminən 5 saat işləməklə pulsuz yaşayış yeri və səhər yeməyi əldə edə bilərlər.

“Worldpackers” platforması vasitəsilə həyata keçirilən proqram 3 həftəyədək davam edir. İştirakçılar həftədə 25 saat işləyir və onlara həftədə 2 gün istirahət verilir.

Könüllülər qonaqlara xidmət, qəbul və təmizlik kimi gündəlik işlərdə kömək edirlər. Bunun müqabilində isə hostel tərəfindən pulsuz qalacaq yer və səhər yeməyi ilə təmin olunurlar.

İştirakçılar üçün yüksək sürətli internet, camaşırxana, velosiped istifadəsi, həmçinin yerli turlar və bəzi məkanlarda xüsusi endirimlər də nəzərdə tutulub.

Proqramda iştirak üçün əsas şərtlər qonaqlarla ünsiyyət qurmaq məqsədilə orta səviyyədə ingilis və ya ispan dilini bilmək və minimum iki həftə qalmağa hazır olmaqdır.

Həm tək səyahət edənlər, həm də cütlüklər üçün nəzərdə tutulan proqram xüsusilə yaşayış xərclərinə qənaət etmək istəyən səyahətçilər üçün maraqlı fürsət hesab olunur. Aviabilet və digər şəxsi xərclər isə iştirakçıların öz üzərinə düşür.