Rokfellerə görə pul qazanmağın prinsipləri
- Pulu qənaətlə sərf edin. Topdan məhsulların ucuz qiymətə satışa çıxarıldığı yerləri müəyyənləşdirin. Alacağınız əşya və ya malların siyahısını öncədən hazırlayın və alış-veriş zamanı yalnız siyahıda nəzərdə tutulan əşyaları alın.
- Pulunuz az olduğu təqdirdə bizneslə məşğul olun. Əgər ümumiyyətlə pulunuz yoxdursa, o zaman elə indi biznes qurmağın tam zamanıdır!
- Zəngin həyat yaşamağın yollarından biri də passiv gəlirə sahib olmaqdır. Passiv gəlir dedikdə, sizin cəhd və səylərinizindən asılı olmayaraq meydana gələn gəlir nəzərdə tutulur.
- Özünüz üçün passiv gəlir mənbələri yaradın və öz məmnuniyyətiniz üçün yaşamağı öyrənin.
- Digər insanlarla daim ünsiyyətdə olun. Unutmayın ki, pul digər insanlar vasitəsilə sizə çatır. Ünsiyyətcil olmayan insanların varlanmaq ehtimalı daha aşağıdır. Yaşadığınız həyatın bütün məsuliyyətini öz üzərinizə götürün.
- Dünyanın varlı insanlarına məxsus tərcümeyi-hal və fikirlərlə tanış olun.
- Arzular insan həyatının ən önəmli amillərindən biridir. Arzular insanı yaşadır. Bunun üçün yalnızca arzulamaq və bir gün arzunun gerçəkləşəcəyinə inanmaq kifayətdir. Unutmayın ki, insan arzuları bitdiyi zaman ölür.
- İnsanlara pul müqabilində deyil, səmimi qəlbdən və təmənnasız şəkildə kömək etməyə çalışın.
Sevinc İbadova/ Banco.az