“Rabitəbank” ASC rəqəmsal innovasiyalar və yeni nəsil bankçılıq həlləri istiqamətində məhsul portfelini genişləndirərək “Gamer” auditoriyası üçün nəzərdə tutulan yeni kart məhsulunu təqdim edib.
“Rahat bankçılıq” konsepsiyasına uyğun olaraq hazırlanmış “Kartmane Gamer” məhsulu bankın gənc auditoriyaya yönəlmiş innovativ məhsullar xəttinin növbəti mərhələsi kimi çıxış edir. Bu məhsulun yaradılmasında məqsəd yalnız ödəniş aləti təqdim etmək deyil, eyni zamanda gaming ekosisteminin ehtiyaclarına uyğun yeni istifadəçi təcrübəsi formalaşdırmaqdır. Yeni kart məhsul xüsusilə oyunsevərlər, rəqəmsal platformalardan aktiv istifadə edən gənclər və gaming ekosisteminin iştirakçıları üçün nəzərdə tutulub. Kart vasitəsilə istifadəçilər oyun platformalarında ödənişlər, rəqəmsal abunəliklər, gündəlik tranzaksiyalar və digər əməliyyatlar üzrə daha rahat, çevik və üstünlüklü bankçılıq təcrübəsindən faydalana biləcəklər.
Kartın əsas üstünlükləri:
RƏQƏMSAL ÖDƏNİŞLƏRƏ 5%-DƏK KEŞBEK
Film, musiqi və oyun platformalarında edilən ödənişlər üzrə cashback imkanı (məsələn, Steam, Netflix, Spotify və digər rəqəmsal xidmətlər)
KART QALIĞINA İLLİK GƏLİR
Kartda saxlanılan vəsait hər ilin sonunda 4% gəlirlə artır, beləliklə istifadəçilər vəsaitlərini daha səmərəli idarə edə bilirlər
7 İLLİK İSTİFADƏ MÜDDƏTİ
Uzunmüddətli istifadə imkanı ilə kartın təkrar sifarişinə ehtiyac olmadan rahat bankçılıq təcrübəsi
3 VALYUTADA İSTİFADƏ İMKANI
AZN, USD və EUR valyutalarında rahat və çevik ödəniş imkanı
KOMİSSİYASIZ NAĞDLAŞDIRMA
İstənilən ATM-də aylıq 2000 AZN/USD/EUR-dək komissiyasız nağdlaşdırma imkanı
Kar sifarişi üçün linkə https://rbt.az/gamer keçid edə bilərsiniz.
Xüsusi olaraq qeyd edək ki, Gamer Card ölkədə ilk dəfə olaraq LED texnologiyalı kart kimi təqdim olunur. Kartın innovativ dizaynı yalnız funksionallıq deyil, eyni zamanda fərqlilik və vizual təcrübə təqdim edir. LED işıqlandırma elementi kartı digər məhsullardan fərqləndirərək onu gamer auditoriyasının dinamik və rəqəmsal həyat tərzinə uyğun unikal bir aksesuar halına gətirir.
Müasir rəqəmsal trendlər fonunda qlobal maliyyə və ödəniş bazarında gamer yönümlü kart məhsulları son illərdə artan trendə çevrilib. Dünyanın aparıcı ödəniş sistemləri və bankları gaming icmasını yalnız istifadəçi seqmenti deyil, eyni zamanda xüsusi həyat tərzinə malik auditoriya kimi qiymətləndirir. Rabitəbank da bu qlobal yanaşmaya uyğun olaraq yerli bazarda innovativ kart həlli təqdim edir.
“Rabitəbank” ASC 1993-cü ildən etibarən “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
