"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİR | Banco.az

"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİR

Tenderin adı: “Kaspersky anti-Virus  lisenziyalarinin 1 illik uzadılması ”

Tenderin elan tarixi: 24.02.2026

Tenderin son tarixi: 03.03.2026, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
  • İşin icra müddəti qeyd edilməsi
  • Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
  • Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
  • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri- daha öncə təqdim edilibsə, ehtiyac yoxdur.
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd- daha öncə təqdim edilibsə, ehtiyac yoxdur.
  • Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına  göndərilməlidir.
  • Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya (+99450) 270 72 20 nömrəsinə müraciət edə bilərlər.