PMI: "Azərbaycanda əhalinin 20%-i siqaretdən istifadə edir" | Banco.az

PMI: "Azərbaycanda əhalinin 20%-i siqaretdən istifadə edir"

Müəllif: Gülnar Əhmədli, Banco.az

Artıq dünyada 43,5 milyon yetkin istifadəçi siqareti tərgidərək tüstüsüz alternativ məhsullara keçib. Bu, yalnız bir neçə ölkədə deyil, 108 ölkədə baş verib.

Banco.az xəbər verir ki, bunu "Philip Morris International" (PMİ) şirkətinin Cənub-Şərqi Asiya, MDB və Yaxın Şərqdə Elmi Məsələlər üzrə direktoru Tomoko Lida "Dayanıqlılıq və Enerji Transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.

“Bu fakt göstərir ki, milyonlarla insan daha yaxşı alternativlərə keçməyə hazırdır və bu məhsullar onlar üçün əhəmiyyətli dəyər yaradır.

Yaponiyada tüstüsüz alternativ məhsullar təxminən 10 il əvvəl təqdim edildi. Və nəticə çox maraqlı oldu.

2015-ci ildə Yaponiyada siqaret çəkənlərin payı 20% idi. Təxminən 10 il sonra bu göstərici 10%-ə qədər endi”.

T. Lida bildirib ki, bundan əvvəl hökumət siqaret vergilərini artırmış, müxtəlif məhdudiyyətlər tətbiq etmiş və bir sıra tədbirlər görmüşdü: “Lakin heç biri siqaret istehlakını alternativ məhsulların bazara çıxmasından sonra müşahidə edilən səviyyədə azaltmağa nail olmamışdı.

Məhz buna görə mən hesab edirəm ki, bu transformasiya artıq geri dönməz xarakter alıb.

İndi bunu Azərbaycanın kontekstində düşünək. Bu gün Azərbaycanda da siqaret çəkmə səviyyəsi təxminən 20% civarındadır.

Təsəvvür edin ki, 2036-cı ildə bu göstərici 10%-ə düşsün. Məncə, bu, tamamilə real hədəfdir və biz bu istiqamətdə öz töhfəmizi verməyə hazırıq".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram