Məlumdur ki, uğursuzluğa düçar olmuş insana təsəlli vermək üçün “Uğursuzluqlar tez unudulur”, “İş olan yerdə səhv də olmalıdır”, “İnsan öz səhvləri üzərində öyrənməlidir” kimi cümlələrdən istifadə olunur. Lakin səhvlər müntəzəm şəkildə olarsa və tez-tez baş verərsə, heç bir təsəlli insanı yenidən həvəsləndirə bilməz.
İş həvəsi
Gəlin tez-tez rast gəlinən hallardan başlayaq. Tutaq ki, dünən siz hər hansısa bir şirkətə işə düzəldiniz. Siz gündə 18 saat işləməklə hamıya, əsasan də müdiriyyətə öz üstünlüyünüzü və işə can yandırdığınızı göstərmək istəyirsiniz. Müdiriyyət sizi başa düşüb, karyera və maliyyə tələblərinizi ödəyirsə deməli etdiklərinizin səmərəsi var imiş. Lakin inanın ki, sizin canfəşanlığınız da, tələblərinizin müdiriyyət tərəfindən ödənilməsi də müvəqqətidir. Əbəs yerə deməyiblər ki, tez alışan, tez sönər.
Hərdəmxəyallıq
Bəzənsə tərsinə olur. İnsan özünə rahatlıq axtarır, heç kəslə yola getmir, müdiriyyət, əməkdaşlar, xadimə, iş otağı, yeməkxanada yediyi yemək, aldığı məvacib və hətta nəqliyyatdan belə narazı olur. Belələri tez-tez iş yerini dəyişməyi hər hansı peşə qazanmaqdan üstün tuturlar.
Bu şəxslərdən biri olmaq istəyirsiniz? Belə olarsa, yaxşı iş tapa biləcəyiniz haqda heç düşünməyin. Belə işçi heç bir müdirə lazım deyil!
Tələsmək
Çox zaman karyeranın sürətlə inkişaf etməsi mümkün deyil. Lakin bəzi hallarda işə düzələrkən qarşılarına çox ciddi məqsədlər qoyan məzunlar bir-iki il ərzində qrup lideri və ya layihə rəhbəri olurlar.
İnkişaf planları haqqında hər zaman düşünmək gündəlik vəzifəlilərin icrasına mane olur, əməkdaşları isə sizin onlara əmr vermək planlarınız qıcıqlandırır. Sizin gündəlik vəzifələrinizi yaxşı icra etməməniz həmçinin müdiriyyətin narazılığına da səbəb olur. İlk növbədə bilavasitə vəzifə sonra xəyallar! Əks halda hər zaman əməkdaşlarınızın sizin üçün hazırladığı acı sürprizlərə qonaq olacaqsınız, müdiriyyət isə sizin karyera inkişafınizi süni sürətdə əngəlləyəcək.
Məsuliyyətsizlik
Müdir olmamaq qərarına gəlsəniz belə, gec-tez bilikləriniz sizə ağırlıq gətirəcək. Kiçik əməkdaşlarla ünsiyyətdən çəkinməyiniz işinizin maraqsız olmasına səbəb olacaq. Belə olduğu halda müdiriyyət gələcəkdə sizə güvənə bilib-bilməməsi haqqında ciddi surətdə düşünməyə vadar olacaq.
Müdiriyyətin gözündə yaxşı əməkdaş nəinki bilavasitə vəzifəsini yerinə yetirməli, başqalarını daha yaxşı işləməyə dəvət etməlidir. Bu vəzifədən imtina həmin müəssisədə sizin karyeranızın üstündən birdəfəlik xətt çəkə bilər.
Dar çərçivə
Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Bir sahənin əsl mütəxəssisi olmaq bir-neçə sahədə müəyyən biliklərə sahib olmaqdan yaxşıdır. Karyeranızın əvvəlində yalnız kiçik sahənin peşəkarı olmaq haqqında düşünsəniz, xeyli çətinliklərlə rastlaşacaqsınız. Siz tez ruhdan düşəcək və maraqsız işə razılıq verəcəksiniz. Belə davam etsə informasiya texnologiyaları səhəsində yerinizin olmaması qənaətinə gələ bilərsiniz.
Özünüzü dar çərçivəyə salmayın! Oxuyun, öyrənin, verilən imkanların hamısı ilə tanış olun.
Köməkdən imtina
Düzgün seçilmiş ədəbiyyat və yüksək ixtisaslı müəllimlər sizi informasiya texnologiyası sahəsinin əsil peşakarı edib. Lakin bu, sizin başqalarının köməyindən imtina etməyinizə əsas vermir. Bəzən bu kömək məsləhət şəklində daha aşağı ixtisaslı mütəxəssislər, kiçik əməkdaşlarınız və ya sadəcə tanışlardan gəlir. Tarixə nəzər salsaq görərik ki, istənilən sahəyə xeyli sayda düzgün qərarlar məhz digər sahələrdən təsadüfən gəlmişdir. İşinizdə müxtəlif inanılmaz vasitələrdən istifadə etməkdən çəkinməyin! Belə olarsa, karyera inkişafına daha çox vaxtınız qalar.
Karyera planlarının olmaması
İşə qəbul müsahibəsində müdiriyyət nümayəndəsinin verdiyi “bir və ya iki ildən sonra şirkətimizdə hansı mövqeyi tutmaq istərdiniz” sualı çoxlarını qıcıqlandırır. Lakin bu, karyeranız üçün çox vacibdir. Gündəlik işinizi yaxşı icra etməklə siz qarşınıza qoyduğunuz məqsədlərə yaxınlaşırsınız
Gələcək karyeranızın 15 ilini planlaşdırın və siz heç zaman istifadə edilməmiş imkanlar barəsində təəssüflənməyəcəksiniz.
itstep.az