Pentaqon “Intel”dən 3,5 milyard dollar dəyərində hərbi çiplər sifariş edib | Banco.az

Pentaqon “Intel”dən 3,5 milyard dollar dəyərində hərbi çiplər sifariş edib

Müəllif:Ayşən İmanova/Banco.az

Pentaqon gizli “Secure Enclave” proqramı çərçivəsində “İntel”ə hərbi çiplərin istehsalı üçün 3,5 milyard dollar məbləğində federal qrant verəcək.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, çiplərin əsasən kəşfiyyat məqsədləri üçün istifadə ediləcəyi planlaşdırılır.

Agentliyin məlumatına görə, proqram bir neçə ştatda, o cümlədən şirkətin iri müəssisəsinin yerləşdiyi Arizona ştatında “Intel” müəssisələrində həyata keçiriləcək.

Şirkətin Pentaqon üçün hansı yarımkeçirici modelləri istehsal edəcəyi hələlik dəqiq məlum deyil. Müqavilə rəsmi olaraq gələn həftə elan olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd ədək ki, sövdələşmə elan edildikdən sonra “Intel”in səhmləri 1%-dən az bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et