“Paramount” 2 minə yaxın əməkdaşını ixtisar edəcək | Banco.az

“Paramount” 2 minə yaxın əməkdaşını ixtisar edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

“Paramount Global” media şirkəti ABŞ-dakı işçilərinin 15%-ni ixtisar etməklə, 2 minə yaxın əməkdaşını işdən çıxarmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg”in əldə etdiyi şirkət rəhbərliyinin işçilərə ünvanladığı mesajda deyilir.

Bildirilir ki, işdən çıxarılma xərclərin ildə 500 milyon dollar azaldılması üçün daha əvvəl elan edilmiş planın bir hissəsi olacaq. Bu, işçilərin ixtisarının ikinci mərhələsidir, bundan sonra ixtisar planı 90% yerinə yetiriləcək.

"Bütün media sənayesi kimi, biz də ənənəvi seqmentdə dəyişən şərtlərə uyğunlaşaraq axın biznesinin gəlirliliyini artırmaq üçün çalışırıq", - deyə şirkət rəhbərliyi bildirib.

Qeyd edək ki, “Paramount” 28 milyard dollarlıq korporativ dəyəri (EV) olan “New Paramount”u yaradacaq bir müqavilədə “Skydance Media” ilə birləşmə prosesindədir. Müqavilənin gələn ilin birinci yarısında bağlanacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et