Ölkələr haqqında maraqlı faktlar: Kanada | Banco.az

Ölkələr haqqında maraqlı faktlar: Kanada

Müəllif: Gülnar Əhmədli, Banco.az

Kanada, şübhəsiz ki, dünyanın ən sevilən ölkələrindən biridir. Kanada deyəndə ağlımıza ilk olaraq nəzakətli insanlar, azadlıq hissi, marallar və qütb ayıları gəlir. Kanadanın soyuq qışları və qarlı küçələri olsa da, buranın gülərüz insanları insanlara isti münasibət bəsləyirlər. İnsanlar bir-birinə səmimi şəkildə kömək edir və cəmiyyətlərinə dəyər qatırlar. Kanadalılar tolerantlıq və multikulturalizm dəyərlərinə sadiqdirlər. Onlar müxtəlif ölkələrdən olan insanlar arasında körpülər qurur və mədəni müxtəliflikdən güc alırlar.

Kanadada vaxtın necə keçdiyini belə unutmaq mümkündür. Qayalardan axan şəlalələrdən, şam ağaclarının qoxusundan ruhunuz qidalanır. Ölkənin milli parkları və qorunan əraziləri təbiətlə harmoniyada yaşamağın necə dəyərli olduğunu bütün dünyaya göstərir. İndi isə Kanada haqqında bəzi maraqlı faktları təqdim edək:

1. Kanadada ən aşağı temperatur -63 C olaraq qeydə alınıb ki, bu da Marsın temperaturu ilə demək olar ki, eynidir.

2. Ölkədə 3000-dən çox göl var.

3. Kanada bütün Avropa İttifaqından böyükdür.

4. Dünyanın ən şimal yaşayış məntəqəsi Kanadadadır. Bu Şimal qütbündən 5817 kilometr məsafədədir.

5. Kanada dünyanın ən uzun sahil xəttinə malikdir. Sahil xətti təxminən 202.080 kilometr uzunluğundadır.

6. Kanadanın Kvebek şəhəri Meksikanın şimalında yerləşir və hələ də divarlarla əhatə olunub. 

7. Kanadada 1969-cu ildən bəri şənbə günləri poçt göndərilmir.

8. Kanada Səudiyyə Ərəbistanından sonra dünyanın ikinci ən böyük neft ehtiyatına malikdir.

9. Ölkə mülki və iqtisadi azadlıq, təhsil və həyat səviyyəsinə görə dünya miqyasında ən yüksək yerləri tutur.

10. Buz xokkeyi Kanadada ən çox oynanan idman növü olsa da, ölkənin rəsmi idman növü əslində lakrosdur.

11. Dünyanın ən uzun magistral yolu Trans-Kanada şossesidir. Magistral yolun uzunluğu 7604 kilometrdir.

12. Dünyadakı ağcaqayın siropunun 77%-i Kanadanın Kvebek əyalətində istehsal olunur.

Ən sərfəli kredit üçün müraciət et

13. Dünyadakı ümumi qütb ayılarının 60%-i Kanadadadır.

14. Ölkə əhalisinin təxminən 90%-i Kanada-ABŞ sərhədindən 160 metr məsafədə yaşayır.

15. Kanada 1982-ci ildə müstəqilliyini əldə edib.

16. Kanada dünyanın ikinci ən böyük ölkəsi olsa da, əhalinin sıxlığı ən aşağı olan ölkələrdən biridir.

17. Ölkənin qırmızı və ağ ağcaqayın yarpağının simvolu olan bayrağı Yunion Ceki (Birləşmiş Krallıq bayrağı) əvəz etmək üçün hazırlanmışdır və ilk dəfə 1965-ci ildə təqdim edilib.

18. Ölkənin bəzi yerlərində Qrenlandiyadan gələn aysberqlər var. Bu aysberqlərdən pivə, araq, şərab və gözəllik məhsulları istehsal olunur.

19. Çörçilldə yaşayan insanlar evlərinin və maşınlarının qapılarını bağlamırlar. Çünki insanlar qəfil qütb ayısı ilə qarşılaşsalar, təsadüfi evə və ya avtomobilə girə bilərlər.

20. 1915-ci ildə Kanadadan London Zooparkına Vinnipeq adlı ayı balası göndərilib. Onu ziyarət edən Kristofer Robin adlı balaca oğlan bu ayını çox sevirdi. Daha sonra uşağın atası A.A. Milne adlı yazıçı "Vinni-Pux" adlı kitab yazmağa başlayıb. 

21. Kanadalıların tez-tez istifadə etdikləri "eh" nidası Kanada Oksford Lüğətinə söz kimi daxil edilib.

22. Şaxta babaya məktub yazıb Kanadada HoHoHo adresinə göndərsəniz, Şaxta babadan məktub alacaqsınız.

23. Bir müddət haqqında çox danışılan ananaslı "Hawaiian pizza" ilk dəfə Kanadada hazırlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et