"Nvidia" MediaTek-ə 3,5 milyard dollar yatıracaq | Banco.az

"Nvidia" MediaTek-ə 3,5 milyard dollar yatıracaq

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın çip istehsalçısı "Nvidia" süni intellekt bumundan sürətlə böyüyən Tayvanın "MediaTek" şirkətinə 3,5 milyard dollar sərmayə yatıracaq.

Banco.az xəbər verir ki, şirkətlər arasında yeni razılaşma Nvidia-nın məlumat mərkəzi ekosistemində mövqeyini genişləndirmək və daha çox şirkəti öz texnologiyalarından istifadə etməyə cəlb etmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Şirkətlərin birgə bəyanatına görə, "Nvidia" MediaTek-in səhmləri ilə konvertasiya edilə bilən istiqrazlar alacaq.

Bu investisiya iki çip dizayneri arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsinə imkan verəcək.