Müsahibimiz beynəlxalq təlimçi və konsultant, həmçinin “life coach” kimi fəaliyyət göstərən Nini Karseladzedir. Nini xanım, böyük korporasiyalar, banklar və sığorta şirkətləri üçün biznes təlimlər keçirir. Bununla yanaşı o həyat keyfiyyətinin və qarşılıqlı münasibətlərin yaxşılaşdırılması üçün qadınlara kouç olaraq dəstək göstərir.
- Şəxsən mənim üçün qərar-vermə bütün həyat axınındakı ən çətin anlardan biridir; bəzən bu səbəbdən mən ümumiyyətlə qərar qəbul etmirəm və özümü axına təslim edirəm. Bəs biz necə qərar-vermə prosesini daha asan edə bilərik və necə edək ki, sonra peşman olmayaq?
Bəzən bizə nə qədər çətin görünsə belə bəzi sualların həll yolu çox asandır, biz isə qərar vermək üçün baş sındırırıq, ümumilikdə isə bu sualın çəkisindən asılıdır. Bəzən sən risk etməli, bəzən ölçməli, bəzən də axarına buraxmalısan... amma elə ki, mən qərar verdim heç zaman nəticələrə görə peşman olmuram, bu mənə asanlıqla qərar verməyə kömək edir. Çünki əgər peşman olacağını düşünürsənsə, asan qərar vermə bilməyəcəksən. Amma bu haqda düşünməsən proses daha asan olacaq. Həmçinin qərar-vermə zamanı öz ürəyinə və hisslərinə qulaq as, əgər hislərin pozitivdirsə onda bunu et, əks təqdirsə isə çox üstünə getmə.
- Gəlin təsəvvür edək ki, biz qərar verdik – işimizi tərk etdik, və ya öz biznesimizə başladıq partnyorumuzu və ya ofisimizi dəyişdik, necə edək ki, motivasiyamızı qoruyaq, geriyə baxıb keçmişdəki şeylərdən ötrü darıxmayaq?
Mən heç zaman geriyə baxmıram, mən özüm üçün bir şeyi öyrəndim ki, heç nə əbədi deyil, bundan irəli gələrək baş verən hər bir dəyişiklik özü ilə yeni anlar, yeni insanlar, yeni şeylər gətirir. Özünü motivasiyalı saxlamaq edə biləcəyin ən vacib şeydir və sən əgər özünə güvəni olan insansansa onda heç bir zaman geriyə məyusluq hissi ilə baxmayacaqsan.
- Biz necə ekstra motivasiya qazana və ətrafımızdakı insanları motivasiya edə bilərik? Bəzən əhval ruhiyyəni yüksək tutmaq və pozitiv enerji sayəsində işıq saçmaq – elə çətindir ki...
İnsanlar deyir ki, mən pozitiv insanam. Mən həmişə çalışıram ki, nə baş verməsindən asılı olmayaraq hər şeyə və hər kəsə qarşı pozitiv münasibətimi qoruya bilim. Əlavə motivasiya üçün kənarda axtarış etməyə ehtiyac duymalı deyilsən, sən öz daxilinə nəzər salmalısan. Öz ətrafındakı işığı görməyə və insanları olduğu kimi qəbul etməyə cəhd elə J Əgər sən pozitiv birisənsə onda sən öz nikbinliyin ilə ətrafındakı insanları motivasiya edir və coşdurursan, hətta onlara baş verənlərə fərqli baxış bucaqlarından baxmağa kömək edirsən.
- Mən bilirəm ki, peşəkar və şəxsi həyat bir-biri ilə sıx bağlıdır. Şəxsi səbəblərdən (öz şəxsi və ya intim həyatındakı uğursuzluqlar səbəbindən) dolayı özünü qiymətləndirməsi aşağı olan bir qadın peşəkar həyatda necə güclü görünə bilər?
Əgər qadın özünü sevirsə (demək istəyirəm ki, özünü olduğu kimi qəbul edirsə), bir qadın kimi öz potensialının fərqinə varırsa, daxilindəki qadının qeydinə qalırsa, onda o, heç zaman özünə şəxsi həyatında məyus olmaq və ya qeyri-məmnun olmaq imkanı verməyəcək. əksinə o, xoşbəxt münasibətə sahib olacaq və bu davranış sayəsində ona cəmiyyətdə “suni xoşbəxtlik maskası” taxmaq lüzumu olmayacaq.
- Özünəinam və özünüqiymətləndirməni yüksəltmək üçün hansısa tövsiyələriniz varmı?
Bəli. Özünü sev. Özünə hörmət et, hər gün az-az sənə məmnuniyyət yaşadacaq şeyləri et, çalış ki, “daxilindəki qadının” arzularına yox deməyəsən, özünü dinlə, bəzən özünlə qal və özünlə olan münasibətini sev.
- Qadınlar çox emosional varlıqdır, bu səbəbdən onlar əhvalı çox sürətlə dəyişir, bir saat ərzində ağlaya və sonra yenə gülə bilər və s. Emosiyalarını göstərmək və ya ağlamaq normaldırmı?
Bəzən bizim emosiyaları çölə buraxmamız gərəkdir, bununla biz təmizlənir/təzələnirik, bəli bizim ağlamağa, təbəssümə, gülməyə, olduğumuz kimi davranmağa ehtiyacımız var. Amma düşünürəm ki, emosiyalarımızın dəyişməsini o insanlar görə bilər ki, onlar bizi çox yaxşı tanıyır və bunu normal qəbul edir, yəni hər kəslə paylaşmaq olmaz.
- Digər tərəfdən isə deyirlər, neqativ düşüncələr neqativ hadisələri çəkir, onda biz hisslərimiz. Düşüncələrimiz və emosiyalarımız ilə necə baş çıxara bilərik?
Bəli, kainat bizim düşüncələrimizə, dediyimiz sözlərə, keçirdiyimiz hisslərə cavab verir, həyat bizi əks etdirir, buna görə də biz özümüzü kontrol etməliyik: məsələn mən görürəm ki, ağlıma bir neqativ fikir gəldi, onu cəld şəkildə başqa biri ilə, daha pozitiv bir fikir ilə əvəz etməliyəm. Ağıla bədbin fikir gələn kimi, o fikirlərin istiqamətini dəyişmək gərəkdir. Istədiyiniz bir şeyi edin, sizə zövq verən bir insan ilə söhbət edin. Musiqi dinləyin (yaxşı olar ki qəmli notlar olmasın) nə edirsiniz edin, amma o fikirləri tutub başınızdan çıxarın, meditasiya da kömək edir.
- Sosial şəbəkələr – facebook və instagram qismində, bəzən insanlarda belə bir fikir yaradır, sanki ətrafda səndən başqa hər kəs xoşbəxtdir J Xüsusən də bayramlar (14 Fevral, 8 Mart ) ərəfəsində ya tətil vaxtları – hər kəs səyahətdir, siz isə onları şəbəkədə izləyirsiniz. Belə tələlərə düşməmək üçün tövsiyələr?
Siz bu şeylərə adi qaydada yanaşmalısınız, hər kəsin öz həyatı, öz əhvalatları, məcarəları var, əgər kimsə öz vaxtını necə keçirməsindən məmnun deyilsə, onda gərək özünə bu sualı versin – niyə də mən olmayım? Cavab tezliklə gələcək. Ən sehrli an isə odur ki, əgər sən başqasının sevincinə görə sevinirsənsə, onda sən gözlədiyindən də daha çox sevinc cəzb edirsən! Deməli yekun nəticə budur, başqalarını xoşbəxt görüncə xoşbəxt ol, onda özün də xoşbəxtliyi cəlb edəcəksən!
- Bəzən siz yeni bir yolun başlanğıcındasınız və bu yolun sizi hara götürəcəyindən əmin deyilsiniz. Və “xoşbəxt sonluqla” bağlı da ümidiniz yoxdur. Onda bu yolu başlamağa və sadəcə bugünkü anlarla yaşamağa dəyərmi? Bəs həmin anlar da xoşbəxt deyilsə, onda necə?
Əgər bu yeni bir yoldursa, sən gedib görməli və yoxlamalısan, insan çox düşünməməli və qorxmamalıdır, hətta itirəcək nəsə varsa, yeni başlanğıclara qapı açmalıdır, gələcək bizdən asılıdır, əgər biz həyatımızı yaxşıya doğru dəyişmək istəyiriksə, münasibətimizi inkişaf etdirmək, yeni tərəf müqabili cəlb etmək, yeni iş tapmaq, yeni dostlar, yeni macəralar, yeni hobbilər tapmaq istəyiriksə, biz hərəkət etməli - getməliyik. Başqa təqdirdə ancaq indiki zamanla yaşamaqla və günlərin gəlib getməsini izləməklə, həyatımızda heç nə dəyişməyəcək və biz heç bir yerə gedə bilməyəcəyik. İnsan mütləq şəkildə öz həyatını inkişaf etdirmək üzərində işləməlidir, necə olursa olsun, ən vacibi ilk addımdır, qalx və get.
Konul Soltanova, 1Lady.az